Luiş di Kamoeş
Luiş di Kamoeş (Luiş Vaş di Kamoeş; port. Luís Vaz de Camões, 1524/1525, Lissabon – 10 iyun 1580, Lissabon) – XVI əsrdə yaşamış portuqal şairi, “Luziadalar” epik poemasının müəllifi, ədəbi portuqal dilinin yaradıcısı. Poemada Portuqaliya tarixinin şanlı səhifələrini, xüsusilə də, Vasko da Qamanın Hindistan sahillərinə səyahətini vəsf etmişdir.
Kamoeş çoxlu lirik şerlərin, sonetlərin, satira və komediyaların müəllifidir. Onun həyatı milli tarixin hadisələri ilə bağlı olmuşdur. Bu tarix onun poeziyasının özülünü təşkil edir. O dörvün Portuqaliyasının tarixi qısa müddət ərzində qüdrətli imperiyadan hərbi məğlubiyyətlərə düçar olan bir ölkəyə çevrilməsinin faciəsi idi.
== Həyatı ==
=== Kamoeşin bioqrafiyasının əsas problemi ===
Kamoeşin həyatı haqqında dəqiq və etibarlı məlumatlar çox azdır. Hətta doğum tarixi 1550-ci ilə aid əsgərlərin siyahısında onun 25 yaşlı kimi qeyd edilməsinə əsasən müəyyən edilmişdir.
Lissabon Hind Evinin həmin qeydiyyat reyestrində yazılmışdı:
"Luiş de Kamoeş, Simon Vaj de Kamoeşin və Ana de Sanın oğlu, Lissabon, Mouraria sakinidir, 25 yaşı var, silahdaşıyandır (skvayr) və atasının zəmanəti ilə hərbçi S.Pedro doş Burqaleslə səyahət edir".